İsrail ordusu bir gündə Qəzza zolağında 450 radikal hədəfə hücum edib və quru əməliyyatlarının ərazisini genişləndirməkdə davam edir.
Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, son 24 saat ərzində döyüş təyyarələri Qəzza zolağında HƏMAS terror təşkilatına məxsus 450 hərbi obyektə, o cümlədən əməliyyat komandanlıq məntəqələri, müşahidə məntəqələri və tank əleyhinə raket buraxılış məntəqələrinə zərbələr endirib. Quru əməliyyatlarının genişləndirilməsi davam edir.