HƏMAS-ın hava qüvvələrinin komandiri məhv edilib

09:30 - 28 Oktyabr 2023 - DÜNYA

Oktyabrın 28-nə keçən gecə İsrail ordusunun qırıcıları HƏMAS-ın hava qüvvələrinin komandiri Asem Əbu Rəqabı vurub.

Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, kəşfiyyat məlumatlarına əsasən, gecə saatlarında İDF döyüşçüləri HƏMAS-ın hərbi hava qüvvələrinin rəhbəri Asem Əbu Rəqaba zərbələr endirib. O, paraplanlar vasitəsilə İsrailə sızan terrorçulara rəhbərlik edib və İDF-nin postlarına pilotsuz təyyarələrin hücumuna görə məsuliyyət daşıyıb.

Xəbər xətti