İsrail Misir və Qətər səlahiyyətlilərinin vasitəçiliyi ilə HƏMAS hərəkatı ilə apardığı dolayı danışıqlar zamanı bütün girovların azad edilməsi və ölənlərin cəsədlərinin qaytarılması qarşılığında atəşkəs yaratmağı təklif edib
Ucnoqta.az xəbər verir ki, bu barədə danışıqların gedişi ilə tanış olan mənbələrə istinadən “Al Arabiya” telekanalı məlumat yayıb. Məlumata görə, təklif rədd edilib.
Bundan əlavə, kanalın mənbələrinin bildirdiyinə görə, Həmas Qəzza zolağında saxlanılan girovların azad edilməsi üçün danışıqların aparılması üçün şərt kimi uzunmüddətli atəşkəs tələb edib. İsrail hakimiyyəti də atəşkəs tələbini rədd edib.