Almaniya Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb

17:19 - 27 Oktyabr 2023 - DÜNYA

Almaniya Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Almaniya Ukraynaya daha bir IRIS-T SLM zenit-raket sistemi təhvil verib.

Bundan əlavə, Almaniyanın son yardım paketinə aşağıdakılar daxildir:

- 1 IRIS-T SLM hava hücumundan müdafiə sistemi
- IRIS-T-yə raketlər
- 1 TRML-4D radarı
- 4 zirehli transportyor
- 4 ədəd HX81 tank traktoru
- 4 tank qoşqu
- 6 sərhəd mühafizə maşını
- 8 vektor İHA
- 5 yerüstü dron
- 4 əks batareya radarı GO 12
- HIMARS üçün M26 kaset sursatları
- 10 min qoruyucu eynək.

Xəbər xətti