Fələstinin HƏMAS radikal hərəkatı ilə silahlı qarşıdurma başlayandan bəri İsrail təhlükəsizlik qüvvələri azı 100 nəfəri zorakılığa çağırış və terror aktlarına təhrik ittihamı ilə saxlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail polisi X sosial şəbəkəsində məlumat yayıb.
"Hərbi əməliyyatlar başlayandan bəri zorakılıq və terror aksiyalarına çağırışlarda şübhəli bilinən 100-dən çox şəxs saxlanılıb. Onlardan 24-nə qarşı tez bir zamanda ittiham aktı çıxarılıb", - bildirilib.
Daha çox İnternetdə zorakılıq və terrorizmi təbliğ edən 300 nəşr də silinib, istintaq bu məsələlərlə bağlı 146 iş açıb.