İstanbulda metal qırıntıları anbarında baş verən partlayış nəticəsində 5 nəfər yanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Milliyet” qəzeti məlumat yayıb.
Partlayışın səbəbi hələlik müəyyən edilməyib. Zərərçəkənlərə ilkin tibbi yardım göstərilib.
Hadisə Bağlar rayonunda üçmərtəbəli binanın zirzəmisində baş verib. Partlayışdan sonra yanğın baş verib və gələn yanğınsöndürənlər tərəfindən tez bir zamanda söndürülüb. Polis araşdırmaya başlayıb.