Qəzzada 16 tibb işçisi ölüb, 30-u yaralanıb - ÜST

15:00 - 27 Oktyabr 2023 - DÜNYA

Oktyabrın 7-dən Qəzza zolağında səhiyyə infrastrukturuna ən azı 75 hücum baş verib, nəticədə 16 tibb işçisi ölüb, 30-u yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu məlumatları Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) işğal olunmuş Fələstin ərazilərindəki nümayəndəsi Riçard Piperkorn Cenevrədə keçirdiyi brifinqdə təqdim edib.

“Qəzzada səhiyyəyə 75 hücum edilib. 16 tibb işçisi vəzifə borcunu yerinə yetirərkən həlak olub, 30-u yaralanıb, 24 təcili yardım maşını zədələnib” -O. deyib.

Hər gün təxminən 95 xəstə Qəzzadan kənarda verilə bilən xüsusi tibbi yardımsız qalır. ÜST-nin hesablamalarına görə, Qəzzada 1 minə yaxın insan dağıntılar altında ola bilər.

Xəbər xətti