Ukrayna prezidenti Volodimir Zelenski Böyük Britaniyanın baş naziri Rişi Sunak ilə telefon danışığı aparıb.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Ukrayna prezidenti Böyük Britaniya hökumətinin başçısına Rusiyanın Avdiivkanı mühasirəyə almaq cəhdləri və Rusiya Silahlı Qüvvələrinin Qara dənizdəki hərəkətləri barədə məlumat verib.
“Biz gələcək müdafiə əməkdaşlığını, xüsusən də Ukraynanın hava hücumundan müdafiə sisteminin raketlər və dron əleyhinə silahlarla gücləndirilməsini müzakirə etdik”, - deyə Zelenski əlavə edib.