ABŞ Həmas və SEPAH üzvlərinə qarşı sanksiyalar tətbiq edib

14:22 - 27 Oktyabr 2023 - DÜNYA

ABŞ  Fələstin yaraqlılarının oktyabrın 7-də İsrailə hücumu ilə əlaqədar İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və HƏMAS hərəkatının üzvlərinə qarşı yeni sanksiyalar tətbiq edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir.

 Məhdudiyyətlərə İrandakı Həmas nümayəndəsi, SEPAH-ın bəzi üzvləri, həmçinin “Qəzza zolağında İranın qeyri-qanuni vəsaitlərinin HƏMAS və İslami Cihad qruplaşmasına ötürülməsi üçün kanal rolunu oynadığı” iddia edilən bir təşkilat daxildir.

Xəbər xətti