ÇÇexiyanın Müdafiə Nazirliyi İsraildən 2,8 milyard kron (təxminən 120 milyon dollar) dəyərində Spyder zenit-raket kompleksləri (SAM) üçün 48 I-Derby-ER raketinin alınmasına dair müqavilə bağlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ChTK xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, raketlərin alınmasına dair saziş İsrail hökuməti ilə bağlanıb. Çexiya Silahlı Qüvvələri raketləri 2027-ci ilin sonuna qədər almalıdır.
I-Derby-ER raketləri pilotsuz uçuş aparatları, helikopterlər, təyyarələr və idarə olunan raketlər kimi hava hədəflərini məhv etmək üçün nəzərdə tutulub. Onlar 80 km radiusda və maksimum 20 km uçuş hündürlüyündə hədəfləri vurublar.