İranın planlaşdırdığı “İqtidar 1402” təlimində ən azı 200 hərbi helikopter iştirak edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə İRNA agentliyi briqada generalı Kərim Çeşaka istinadən məlumat yayıb.
Məlumata görə, təlimlərdə İslam Respublikasının piyada, zirehli, raket və artilleriya qüvvələri də iştirak edəcək. Manevrlərə elektron müharibə və kibertəhlükəsizlik bölmələri də cəlb olunacaq. "İqtidar 1402" iki gün davam edəcək.
Təlimlər ölkənin mərkəzi bölgəsində yerləşən İsfahan əyalətində keçiriləcək.