Mirzoyan ABŞ Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

12:21 - 27 Oktyabr 2023 - DÜNYA

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibinin Cənubi Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Hak İrəvanda İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə ediblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Regional təhlükəsizlik və sabitliklə bağlı mövzular, o cümlədən Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması, iki ölkə arasında sərhədin demarkasiyası, ərazi bütövlüyü, suverenliyi, regional nəqliyyat kommunikasiyalarının bağlandığı ölkələrin yurisdiksiyasında blokların açılması ilə bağlı məsələlər müzakirə edilib”, - məlumatda deyilir.

Xəbər xətti