Ermənistan və Azərbaycanın baş nazirləri Nikol Paşinyan və Əli Əsədov Gürcüstan hökumətinin başçısı İrakli Qaribaşvilinin vasitəçiliyi ilə Tbilisi yaxınlığındakı Muxranidə görüş keçirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Danışıqların təfərrüatları açıqlanmayıb. İmedi telekanalının məlumatına görə, üç baş nazirin görüşü bir neçə saat davam edib.///tass