Pakistandan olan əfqan qaçqınların ilk təyyarəsi Britaniyaya çatıb

11:32 - 27 Oktyabr 2023 - DÜNYA

Cənubi Asiya ölkəsinin noyabrın 1-dən əfqan miqrantların kütləvi deportasiyası ərəfəsində Pakistandan olan əfqan qaçqınların ilk təyyarəsi Böyük Britaniyaya gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Təxliyyə reysinin göyərtəsində radikal Taliban hərəkatı Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra ölkədən qaçan Britaniya Ordusunun keçmiş tərcüməçiləri və British Council müəllimləri də daxil olmaqla 132 əfqan var.

Krallığın Mülki Aviasiya İdarəsinin məlumatına görə, Britaniya hökuməti indidən dekabrın sonuna qədər Pakistandan ümumilikdə 12 evakuasiya uçuşu həyata keçirəcək.

Xəbər xətti