İsrail ordusu Qəzza zolağına daxil olub - KİV

08:39 - 27 Oktyabr 2023 - DÜNYA

İsrail Müdafiə Qüvvələrinin quru qüvvələrinin bölmələri Fələstinin radikal HƏMAS hərəkatına qarşı reyd keçirmək üçün cümə gecəsi Qəzza zolağına daxil olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, reyddə İsrail ordusunun 36-cı diviziyasının piyada bölmələri, zirehli texnikası və mühəndis bölmələri iştirak edir. Bildirilir ki, onlar bir neçə saatdır Qəzzada olublar və HƏMAS və terrorçuların hədəflərinə qarşı fəaliyyət göstərirlər. Qəzetin qeyd etdiyi kimi, reyd başa çatdıqdan sonra hərbi hissələrin İsrail ərazisinə qayıdacağı gözlənilir.///tass

Xəbər xətti