Cənubi Koreya və ABŞ KXDR ilə həmsərhəd region da daxil olmaqla kütləvi artilleriya tətbiqi ilə gözlənilməz hücumu dəf etmək üçün genişmiqyaslı təlimlər keçirir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yonhap agentliyi Cənubi Koreya ordusuna istinadən məlumat yayıb.
Manevrlər oktyabrın 25-də başlayıb və oktyabrın 27-dək planlaşdırılıb. Onların məqsədi gözlənilməz hücum zamanı düşmənin uzaqmənzilli artilleriyasına qarşı döyüş hazırlığının səviyyəsini artırmaqdır. Ölkə üzrə keçirilən təlimlərə hər iki tərəfdən 5400-dən çox hərbçi və 300-ə yaxın artilleriya qurğusu cəlb edilib. Təlim Cənubi Koreya ordusunun oktyabrda İsrailə hücumunda kütləvi raket hücumu həyata keçirən Fələstinin radikal HƏMAS hərəkatının nümunəsinə bənzər irimiqyaslı artilleriya tətbiqi ilə qəfil hücumu dəf etməyə hazır olub-olmaması ilə bağlı ictimai müzakirələr fonunda keçirilir.
Üç gün davam edən təlimə pilotsuz uçuş aparatları, əks batareya radarları, MLRS, Cənubi Koreyanın F-15K qırıcıları və Amerikanın A-10 hücum təyyarələri cəlb olunub. Hazırkı təlim oktyabrın 16-da başlayan və noyabrın 22-dək davam edəcək Hoguk manevrlərinin bir hissəsidir.///tass