ABŞ İsrailə iki Dəmir Qübbə raketdən müdafiə batareyası ötürəcək
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin sözçüsü Patrik Rayder danışıb. Rayder bildirib ki, Pentaqon ABŞ-ın İsraildən əvvəllər aldığı iki Dəmir Qübbə raketdən müdafiə sistemləri batareyasını ötürmək planlarını təsdiqləyib.