Avropa İttifaqı BMT-nin Baş katibi Antonio Quterreşi İsraillə münaqişəsində tam dəstəkləyib, onun BMT Təhlükəsizlik Şurasına verdiyi bəyanatın “təhrif edildiyini” və BMT-nin səylərinin Yaxın Şərqdə sülhün açarı olduğunu vurğulayıb.
Ucnoqta.az xəbər verir ki, bunu Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Cosef Borrel deyib.
"Biz Baş katib Quterreşin Yaxın Şərqdə və bütün dünyada sülhün və humanitar dəstəyin dəstəklənməsi işini tam dəstəkləyirik. Onun sözləri təhrif edilib. BMT-nin baş katibi Həmas tərəfindən oktyabrın 7-də törədilən dəhşətli və misli görünməmiş terror hücumlarını birmənalı şəkildə pisləyib”, - Borrell X sosial şəbəkəsində yazıb.