Roma Papası Fransisk Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Vatikanın mətbuat xidməti məlumat yayıb. Onlar Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
"Papa baş verənlərdən kədərləndiyini bildirib və iki dövlətli həllə və Qüds şəhəri üçün xüsusi statusa nail olmağa ümid edən Müqəddəs Taxt-Tacın mövqeyini xatırladıb", - deyə məlumatda bildirilir.