Suriyanın şərqində yerləşən ABŞ-nın Əl-Şəddadi hərbi bazası raket atəşinə tutulub.
Ucnoqta.az xəbər verir ki, bu barədə yerli mənbələrə istinadən “Al Mayadeen” telekanalı məlumat yayıb.
Məlumata görə, zərbəyə görə məsuliyyəti radikal HƏMAS hərəkatının İraq qolu öz üzərinə götürüb. ABŞ-ın canlı qüvvə və ya texnika itkiləri ilə bağlı heç bir məlumat verilmir.