Avropa İttifaqı Moldovanın büdcəsini dəstəkləmək üçün 72,5 milyon avro ayırıb, onun 50 milyon avrosu artıq ölkəyə daxil olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.
"Oktyabrın 25-də Moldova 50 milyon avro kredit alıb və ayın sonuna qədər qrant şəklində 22,5 milyon avroluq yeni tranş veriləcək", - məlumatda deyilir.
Bu, may ayında Aİ Şurası tərəfindən təsdiq edilmiş 295 milyon avroluq ümumi paketin bir hissəsidir. Bu yardımdan Moldova 220 milyon avro kredit və 75 milyon avro qrant alacaq.