Son 24 saat ərzində Ukrayna Silahlı Qüvvələri Zaporojya istiqamətində iki “Leopard” tankını və 85-ə qədər hərbçini itirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Zaporojye istiqamətində Rusiya qoşun qruplaşmasının bölmələri, hava zərbələri və artilleriya atəşi ilə Zaporojyenin Rabotino kəndi ərazisində Ukrayna Silahlı Qüvvələrinin 65-ci mexanikləşdirilmiş briqadasının hücum qrupunun hücumunu dəf edib. Bu istiqamətdə düşmənin itkiləri 85-ə qədər hərbçi, üç tank, o cümlədən iki Leopard, dörd zirehli döyüş maşını və iki avtomobil təşkil edib”, - məlumatda deyilir.
Qeyd edilir ki, əks batareya döyüşü zamanı ABŞ istehsalı olan M777 artilleriya sistemi, D-20 silahı və ABŞ istehsalı olan M119 haubitsası vurulub.