Fransadan 8 əcnəbi deportasiya edilib

14:50 - 26 Oktyabr 2023 - DÜNYA

Səkkiz əcnəbi müxtəlif qanun pozuntularına görə Fransadan deportasiya edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Cerald Darmanin X sosial şəbəkəsindəki səhifəsində yazıb.

Onun sözlərinə görə, deportasiyaya səbəb narkotik vasitələrin qanunsuz dövriyyəsi, quldurluq və zorakılıq olub. Deportasiya edilənlərin əksəriyyəti Marseldə yaşayırdı.

Xəbər xətti