Səkkiz əcnəbi müxtəlif qanun pozuntularına görə Fransadan deportasiya edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Cerald Darmanin X sosial şəbəkəsindəki səhifəsində yazıb.
Onun sözlərinə görə, deportasiyaya səbəb narkotik vasitələrin qanunsuz dövriyyəsi, quldurluq və zorakılıq olub. Deportasiya edilənlərin əksəriyyəti Marseldə yaşayırdı.