İsrail minə yaxın fələstinlini həbs edib

14:02 - 26 Oktyabr 2023 - DÜNYA

Oktyabrın 7-dən 1 minə yaxın fələstinli həbs edilib

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, İsrail təhlükəsizlik qüvvələri oktyabrın 7-dən bu yana 1000-ə yaxın fələstinlini həbs edib ki, onlardan 660-a yaxını HƏMAS ilə əlaqəlidir.

HƏMAS hərəkatının hücumunda həlak olan israillilərin 80%-dən çoxu mülki şəxslərdir. 

Məlumata görə, indiyədək ən azı 808 nəfərin cəsədi müəyyən edilib. 

Bu günə qədər İsrail tərəfi 1,5 min ölü, 4,5 mindən çox yaralı olduğunu bildirib.

Xəbər xətti