HƏMAS Qəzzalıların təxliyəsinə mane olur - İsrail ordusu

13:42 - 26 Oktyabr 2023 - DÜNYA

İsrail ordusunda Fələstinin HƏMAS radikal hərəkatının tərəfdarlarının Qəzzanın mülki əhalisinin anklavın daha təhlükəsiz cənub bölgələrinə təxliyyəsinə mane olması barədə məlumat var.

Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, son günlər İsrail hərbçiləri Qəzza zolağının şimal hissəsinin sakinlərinə təhlükəsizlik naminə zolağın cənubuna təxliyyə edilməli olduğu barədə xəbərdarlıq edib.

"Həmas terror təşkilatı Qəzzalı dinc sakinlərdən canlı qalxan kimi istifadə etməyə davam edir və onların cənuba təxliyyəsinə icazə vermir. Keçmişdə də gördüyümüz kimi, onlar bir sıra üsullardan, o cümlədən yol bloklarından istifadə edirlər", - məlumatda bildirilir.

Xəbər xətti