Minsk ona qarşı tətbiq edilən sanksiyaların mənfi təsirlərini aradan qaldırıb və qalan problemləri 2024-cü ildə həll edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko Macarıstanın xarici işlər naziri Peter Siyarto ilə görüşündə bildirib.
“Sanksiyalar - biz onlarla birinci dəfə rastlaşmırıq, siz bunu yaxşı bilirsiniz, biz onların öhdəsindən bütövlükdə qalib gəlmişik. Bəli, logistikanın restrukturizasiyası ilə bağlı problemlər var, ilk növbədə maliyyə məsələləri, ödənişlər və s. problemlərdir, amma düşünürəm ki, öhdəsindən gələ bilərik" - prezident deyib.
Lukaşenko əlavə edib ki, respublika 2024-cü ildə bu problemlərdən xilas olacaq.