Türkiyədən Rusiyaya uçan sərnişin təyyarəsi səmada təcili siqnal verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Aviaincident Telegram kanalı yazıb.
Oktyabrın 25-i çərşənbə günü Bodrumdan Moskvaya gedən laynerlə bağlı gözlənilməz vəziyyət yaranıb. Mənbənin bildirdiyinə görə, təyyarə komandiri göyərtəsində xəstə sərnişin barədə məlumat verib və təcili “PAN” siqnalını verib.
Pilotlar planlaşdırılmamış alternativ aerodroma uçmaq qərarına gəliblər. Nəticədə təyyarə Volqoqrad hava limanına enməyə məcbur olub.