İsrail sərhədyanı ərazilərin sakinlərinin təxliyyə müddətinin uzadılmasını təklif edib

12:19 - 26 Oktyabr 2023 - DÜNYA

İsrail Müdafiə Nazirliyi ölkənin sərhədyanı rayonlarının sakinlərinin təxliyyə müddətinin dekabrın 31-dək uzadılmasını təklif edir.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Kan” dövlət televiziya və radio şirkəti məlumat yayıb.

Məlumata görə, dövlət tərəfindən ayrılmış otellərdən kənarda yaşayan və öz hesabına mənzil kirayələyən vətəndaşlara kompensasiyaların ödənilməsinin davam etdirilməsi də nəzərdə tutulub.

Bu addım İsrail büdcəsinə milyardlarla şekel bahasına başa gələ və bir neçə nazirliyin reaksiyasına səbəb ola bilər. 

Xəbər xətti