İsrail ordusu HƏMAS-ın 250 hədəfinə zərbələr endirib

11:36 - 26 Oktyabr 2023 - DÜNYA

İsrail ordusu gün ərzində Qəzza zolağında Fələstinin HƏMAS radikal qruplaşmasının 250 hədəfinə zərbələr endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Son sutka ərzində İsrail qırıcıları Qəzza zolağında HƏMAS-ın 250-dən çox terrorçu hədəfinə, o cümlədən terrorçuların infrastrukturuna, əməliyyat komandanlıq mərkəzlərinə, mülki ərazilərin ortasında yerləşən tunel şaftlarına və raket buraxılış qurğularına zərbələr endirib",- məlumatda deyilir.

Xəbər xətti