ABŞ-ın Men ştatının Lyuiston şəhərində 22 nəfəri öldürən şəxsi yüzlərlə polis axtarır
Ucnoqta.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından bildirilib. Məlumata görə, yüzlərlə polis Lyuistonda atışmada şübhəli bilinən şəxsi axtarır.
Men ştatının Lyuiston polisi azı 22 nəfərin ölümü ilə nəticələnən atışmada şübhəli bilinən şəxsin adını açıqlayıb.
Qeyd edilir ki, 4 aprel 1983-cü il doğumlu Robert Kard silahlı və təhlükəli hesab edilməlidir.
ABC telekanalının məlumatına görə, şübhəlinin hərbi xidmət təcrübəsi var və odlu silah təlimatçısıdır. Onun psixi sağlamlıq problemlərinin olduğu bildirilir.