Çin Xalq Respublikasının Xalq Kosmos Uçuş Proqramı İdarəsi göyərtəsində üç taikonavt olan “Şençjou-17” idarə olunan kosmik gəmini milli orbital stansiyaya göndərib.
Ucnoqta.az xəbər verir ki, Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Buraxılış kosmosa ölkənin şimalındakı Ciuquan peyk buraxılış mərkəzindən baş tutub. Bu, Çinin insanı kosmosa göndərmək üzrə 12-ci missiyasıdır.
Taikonavtlar stansiyada altı ay qalmağı və 2024-cü ilin aprelində Yerə qayıtmağı planlaşdırır. Ekipaj komandiri Çin Xalq Azadlıq Ordusunun 48 yaşlı baş polkovniki Tanq Honqbodur. O, ikinci dəfədir ki, Yerə yaxın kosmosa gedir.