Ermənistan Rusiya hərbi bazasını ölkədən çıxarır?

22:37 - 25 Oktyabr 2023 - DÜNYA

Rusiya hərbi bazasının Ermənistandan çıxarılması mümkünlüyü müzakirə olunmur

Ucnoqta.az xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib. O bildirib ki, Rusiyanın Ermənistandakı hərbi mövcudluğu üstünlükdür, yoxsa əngəl törədən faktordur: “Hazırda təəssüf ki, biz heç bir üstünlük görməmişik”.

O, qeyd edib ki, hazırda Rusiya hərbi bazasının Ermənistandan çıxarılması məsələsi müzakirə olunmur.

“Biz indi başqa məsələləri daha çox müzakirə edirik, bu vəziyyətin səbəbini anlamağa çalışırıq. İnanıram ki, bu, Ermənistan və Rusiya, Ermənistan və KTMT arasında işçi müzakirələrin gündəliyinə çevriləcək”, - Paşinyan bildirib.

Xəbər xətti