Oktyabrın 26-27-də planlaşdırılan sammitdə Avropa İttifaqının dövlət və hökumət başçıları İsrail və HƏMAS arasında münaqişənin regional eskalasiyasının qarşısını almaq və onun həlli üçün siyasi prosesi bərpa etmək yollarını müzakirə edəcəklər.
Ucnoqta.az xəbər verir ki, Aİ-nin yüksək rütbəli rəsmisi Brüsseldə Aİ-nin 27 ölkəsinin liderlərinin görüşündən əvvəl bildirib.
"Liderlər üçün üç sual olacaq. Qəzzada humanitar vəziyyəti necə yaxşılaşdırmaq olar? Regional eskalasiyadan necə qaçmaq olar? Və sülh prosesini necə yenidən başlada bilərik?", - o deyib.