Ölkələrin müdafiə xərcləri rekord həddə çatıb - BMT-nin baş katibi

18:23 - 25 Oktyabr 2023 - DÜNYA

Ölkələrin müdafiə xərcləri rekord həddə çatıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş BMT Təhlükəsizlik Şurasının “Qadınlar, Sülh və Təhlükəsizlik” mövzusunda açıq debatda çıxışı zamanı bildirib.

"Müdafiə xərcləri bütün zamanların ən yüksək həddədir. Zorakılıq, münaqişə və təqiblər səbəbindən insanların didərgin düşməsi ən yüksək həddədir. 2017-ci illə müqayisədə 50% daha çox qadın və qızlar müharibə riski olan ölkələrdə yaşayır", - o deyib.

Bəşəriyyətin üzləşdiyi problemlər arasında Quterreş nüvə təhlükəsi, iqlim xaosu və avtoritarizmin yayılmasını da vurğulayıb.

Xəbər xətti