Tacikistan Hökuməti yanında Rabitə Xidməti respublikanın internet provayderləri və mobil operatorları qarşısında xidmətlərin qiymətlərini aşağı salmaq, eləcə də qışda ölkənin regionlarında fasiləsiz rabitəni təmin etmək vəzifəsi qoyub.
Ucnoqta.az xəbər verri ki, bu barədə xidmətin rəisi Beq Saburla provayderlərin nümayəndələrinin görüşündən sonra qurumun mətbuat mərkəzində məlumat verilib.
İclasda qeyd edilib ki, internet və telefon danışıqlarının qiymətləri aşağı salınsa da, bu səviyyə qaneedici ola bilməz və bütün mobil şirkətlərə və internet provayderlərinə bu istiqamətdə ciddi səylər göstərilməsi tapşırılıb.
Tacikistan Speedtest saytının məlumatına görə, mobil internet sürətinə görə ölkələrin reytinqində 141 ölkə arasında 136-cı, həmçinin sabit internetə çıxış sürətinə görə 181 ölkə arasında 127-ci yerdədir.