Ermənistan KTMT-nin üzvü olub və qalır.
Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu bu gün jurnalistlərlə söhbətində hakim fraksiya üzvü Vaqarşak Akopyan deyib.
"Bizim xarici siyasət vektorunu dəyişdirmək gündəliyimiz yoxdur. Ermənistan KTMT-nin üzvü olub və qalır, biz Aİİ-nin bir hissəsi idik və biz Aİİ-nin bir hissəsi olaraq qalırıq", - Akopyan qeyd edib.