Polşanın xarici işlər naziri Zbiqnev Rau Ukraynaya yeni səfir, tarixçi Yaroslav Quzini təyin edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin kommünikesində bildirilib.
Məlumata görə, Xarici işlər naziri Zbiqnev Rau 4 ölkədə yeni səfirlər təyin edib. Quzinin namizədliyi hələ iyul ayında Polşa Seyminin (parlamentin aşağı palatası) Beynəlxalq Əlaqələr Komitəsi tərəfindən təsdiqlənib.
İndiyədək Polşanın Kiyevdəki səfiri olmuş 47 yaşlı Bartoş Çiçokki öz missiyasını başa vurur.
Polşa həmçinin Anqola, Bosniya və Herseqovina və Vyetnama yeni səfirlər təyin edib.