Brüsseldə İlham Əliyev və Paşinyan görüşü olmayacaq - Toivo Klaar

12:23 - 25 Oktyabr 2023 - SİYASƏT

"Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel, Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevin oktyabrın sonunda (əvvəlcədən elan edilmiş) görüşü baş tutmayacaq"

Ucnoqta.az xəbər verir ki, bunu Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar deyib.

Buna səbəb kimi o, vaxtın azlığını göstərib.

“ Brüsseldə Paşinyan-Əliyev görüşünü təşkil etməyə çalışırıq. Prosesin ləng olmasına baxmayaraq, nəticənin sənədin imzalanması olacağına inanırıq”, - deyə Klaar görüşün mümkün yeni tarixlərini açıqlamayıb.

Xəbər xətti