Avstraliya hökuməti Ukraynaya 20 milyon Avstraliya dolları (12,7 milyon dollar) dəyərində yeni hərbi yardım paketi elan edib.
Ucnoqta.az xəbər verir ki, Baş nazirin müavini Riçard Marlesin dediyi kimi, bu vəsait minatəmizləmə avadanlıqları və dron əleyhinə sistemlərin alınmasına sərf olunacaq.
Avstraliya hökuməti yerli müdafiə sənayesinin dəstəyi ilə Ukraynaya 20 milyon AUD dəyərində əlavə hərbi yardım paketi təqdim edəcək. Bu paketin bir hissəsi olaraq Kiyev minalardan təmizləmə avadanlıqları, portativ rentgen aparatları, 3D printer və dron əleyhinə sistemlər olacaq.
Baş nazirin müavini qeyd edib ki, yeni paket nəzərə alınmaqla, Kanberranın Kiyevə göstərdiyi hərbi yardımın ümumi məbləği 910 milyon Avstraliya dollarına (580 milyon dollardan bir qədər çox) yaxınlaşacaq.