“Qarabağ” lideri Abdullah Zubirlə yollarını ayıra bilər.
Matc.az “L’Equipe” nəşrinə istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçi iki ölkədən sərfəli təkliflər alıb.
31 yaşlı yarımmüdafiəçi bir müddətdi Səudiyyə Ərəbistanının “Əl-Riyad” klubunun gündəmindədi. Artıq Fransa Liqa 1 təmsilçiləri də onu heyətə cəlb etmək niyyətinə düşüblər. Konkret ad açıqlanmasa da, turnir cədvəlinin ortabablarının qış fasiləsində Zubiri transfer etmək istədikləri vurğulanıb.
Qeyd edək ki, 2018-ci ildən “Qarabağ”ın formasını geyinən Abdullah Zubirin ağdamlılarla müqaviləsi mövsümün sonuna qədərdi.