Ucnoqta.az
www.ucnoqta.az

Zubir “Qarabağ”dan ayrıla bilər

09:49 - 25 Oktyabr 2023 tarixində dərc olunub.

“Qarabağ” lideri Abdullah Zubirlə yollarını ayıra bilər.

Matc.az “L’Equipe” nəşrinə istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçi iki ölkədən sərfəli təkliflər alıb.

31 yaşlı yarımmüdafiəçi bir müddətdi Səudiyyə Ərəbistanının “Əl-Riyad” klubunun gündəmindədi. Artıq Fransa Liqa 1 təmsilçiləri də onu heyətə cəlb etmək niyyətinə düşüblər. Konkret ad açıqlanmasa da, turnir cədvəlinin ortabablarının qış fasiləsində Zubiri transfer etmək istədikləri vurğulanıb.

Qeyd edək ki, 2018-ci ildən “Qarabağ”ın formasını geyinən Abdullah Zubirin ağdamlılarla müqaviləsi mövsümün sonuna qədərdi.

Müəllif: Ucnoqta.az redaksiyası