Rusiya prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefon danışığında ölkələr arasında əməkdaşlıq məsələlərini müzakirə edib
Ucnoqta.az xəbər verir ki, Kremlin mətbuat xidməti məlumat yayıb.
Danışıq zamanı Rusiya və Türkiyə arasında müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın artan tempi məsələlərinə toxunulub.
Bundan əlavə, Kreml əlavə edib ki, Putin Ərdoğanı yaxınlaşan Türkiyə Cümhuriyyətinin yüzilliyi münasibətilə təbrik edib, bütün vətəndaşlarına rifah və firavanlıq arzulayıb.