Fələstinin radikal HƏMAS hərəkatının hücumları və raket zərbələri nəticəsində İsraildə həlak olan Britaniya vətəndaşlarının sayı 12-yə çatıb.
Ucnoqta.az “Reuters”ə istinadən xəbər verir ki, Britaniya baş nazirinin rəsmi nümayəndəsi Rişi Sunak jurnalistlərə bildirib və əlavə edib ki, daha 5 britaniyalı itkin düşmüş şəxslər sırasındadır.
"Biz, fikrimizcə, girovları götürənlərə təsir göstərə biləcək bütün tərəflərlə danışıqlar aparırıq. Bunlar HƏMAS, Fələstində İslami Cihad və digər strukturlardır. Bu, son dərəcə çətindir, bizim birbaşa əlaqə kanallarımız yoxdur. Girovları azad etmək və Britaniya vətəndaşlarını Qəzzadan təxliyə etmək üçün yorulmadan çalışmaqda davam edəcəyik" - Britaniya Xarici İşlər Naziri Ceyms Kleverli Britaniya Parlamentinin İcmalar Palatasında deputatların suallarını cavablandırarkən deyib