Qəzza zolağında Fələstin HƏMAS hərəkatının döyüşçülərinin sayı hazırda 35 min ola bilər
Ucnoqta.az xəbər verir ki, bu barədə Livanın LBCI telekanalı məlumat yayıb.
“Qəzza zolağında 35 min döyüşçümüz var. İordan çayının qərb sahilində döyüşçülərimiz var. Və biz bilirik ki, əgər Amerika və Avropanın dəstəklədiyi İsrail ordusu ilə döyüşmək istəyiriksə, o zaman yüksək hazırlıq vəziyyətində olmalıyıq”, - hərəkatın Siyasi Bürosunun üzvü Qazi Həməd bildirib.