Fələstin əsilli İsrailli aktrisa həbs edilib

11:09 - 24 Oktyabr 2023 - DÜNYA

Fələstin əsilli İsrailli aktrisa Maysa Abdel Hadi Fələstinin radikal HƏMAS hərəkatını dəstəklədiyi üçün saxlanılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun “Qalei İDF” radiosu məlumat yayıb.

Məlumata görə, aktrisa Abdel Hadi Qəzza zolağı ilə İsrail arasında sədləri dağıdan buldozerlərin fotolarını yerləşdirib və onları “Berlin üslubuna gedək”  başlığı ilə paylaşım edib.

Abdel Hadi terrorizmi dəstəkləməkdə və terroru təhrik etməkdə ittiham olunub. 

Xəbər xətti