Bu gün Çempionlar Liqasında qrup mərhələsinin 3-cü turuna start veriləcək.
Ucnoqta.az xəbər verir ki, Türkiyənin "Qalatasaray" klubu Almaniya təmsilçisi "Bayern Münhen"in qonağı olacaq. RAMS Parkda oynanılacaq və saat 20.45-də başlayacaq qarşılaşma "Qalatasaray" və Almaniya komandaları arasında 31-ci qarşılaşma olacaq.
"Cimbom" alman rəqibləri ilə əvvəlki 30 matçda 7 qələbə qazanıb. Sarı-qırmızılılar 13 matçı heç-heçə, 10 görüşü isə məğlubiyyətlə tərk edib.
"Qalatasaray" tarixində ikinci dəfə Almaniyanın köklü komandalarından olan "Bavariya" ilə qarşılaşıb.
Daha əvvəl 1972-1973 mövsümündə UEFA Çempion Klublar Kubokunda "Bavariya" komandası ilə qarşılaşan "Qalatasaray" 2 matçda heç-heçə və məğlubiyyətlə üzləşib. Öz meydanında 1:1 hesablı heç-heçə edən rəqibinə səfərdə 6:0 hesabı ilə məğlub olan sarı-qırmızılı komanda tarixinin ən fərqli məğlubiyyətlərindən birini yaşayıb.
"Qalatasaray" və "Bavariya" 51 ildən sonra avrokubok matçında üz-üzə gələcək.
“Bavariya” heç vaxt Türkiyə komandalarına uduzmayıb