Türkiyənin Qəzzaya göndərdiyi humanitar yük təyyarəsi Misirə uçub

10:23 - 24 Oktyabr 2023 - DÜNYA

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus iki təyyarə Qəzza zolağının sakinləri üçün humanitar yardımla Misirə uçub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin X sosial şəbəkəsində səhifəsində yerləşdirilmiş məlumatda deyilir.

Qəzza sakinlərinə humanitar yardımların çatdırılması Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın tapşırığı ilə həyata keçirilir. Bunlar əsasən dərman və tibbi avadanlıqlardır.

Xəbər xətti