Göyərtəsində 186 nəfər olan təyyarə uçuş-enmə zolağından çıxıb

08:24 - 24 Oktyabr 2023 - DÜNYA

Perm hava limanında "Smartavia" təyyarəsi eniş zamanı uçuş-enmə zolağından çıxıb

Ucnoqta.az xəbər verir ki, bu barədə "Bolşoy Savino" hava limanının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, bu gün Smartavia aviaşirkətinin Sankt-Peterburqdan 5H 583 saylı reysi Perm hava limanına enərkən uçuş-enmə zolağından kənara çıxıb. Təyyarədə 186 nəfər olub. Xəsarət alan olmayıb. Sərnişinlər hava limanının terminalına aparılıb.

Aerodromu təyyarələrin qəbulu və yola salınması üçün bağlanıb.

İlkin səbəbi əlverişsiz hava şəraitidir.

Xəbər xətti