İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 110-a çatıb

07:56 - 24 Oktyabr 2023 - DÜNYA

İsrail Hərbi Hava Qüvvələrinin Qəzza zolağının bəzi şəhərlərinə gecə saatlarında endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 110-a çatıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı anklavdakı xəstəxanaların məlumatlarına istinadən məlumat yayıb.

Məlumata görə, İsrailin Beyt Lahiya, Nuseyrat, Rəfah və Xan Yunisə endirdiyi zərbələr bir gecədə 110 nəfərin həyatına son qoyub.

Daha əvvəl Tasmin agentliyi Fələstinin bir neçə şəhərində yaşayış məntəqələrinə edilən hücumların qurbanı 53 nəfər olduğunu bildirmişdi.

Xəbər xətti